İspaniyada parlament seçkiləri zamanı bir nəfər öldü

28 Aprel 2019 22:53 (UTC+04:00)

İspaniyada keçirilən növbədənkənar parlament seçkilər zanamı bir nəfərər ölüb.

San Sebastyan şəhərində yerləşən seçki məntəqəsində bir nəfər dünyasını dəyişib. Həmin adam ürək böhranı səbəbindən ölüb. Hadisə yerinə gələn həkim xəstəni xilas edə bilməyib.

Xatırladaq ki, bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.

Seçkilərdə sosialistlərin rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. (trend)

AzNews.az