İndoneziyada sel və torpaq sürüşməsi - 12 ölü, 8 itkin var

28 Aprel 2019 23:12 (UTC+04:00)

İndoneziyada aramsız leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.

Təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.

Ən çox fəsad paytaxt Cakarta və Benqkulu şəhərlərində yaşanıb. 184 ev və 4 məktəb uçub, çoxlu sayda yol və körpüyə isə ziyan dəyib.

Təhlükəli bölgələrdən 13 min nəfər təxliyyə edilib.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir. (qafqazinfo)

AzNews.az