İspaniyada keçirilən növbədənkənar parlament seçkilərinin “exit-poll” nəticələrini açıqlayıb.
Sosialist Əmək Partiyası (PSOE) seçkinin qalibi olub. Lakin, hökumət qurmaq üçün lazım olan baryeri keçə bilməyib.
İlkin nəticəyə görə, 359 mandatlı parlamentdə PSOE 116-121 yer, Xalq Partiyası (PP) 66-73, Vətəndaşlar (C's) 48-49, solçu Unidas Podemos 42-45, sağçı Vox 36-38, Kataloniya Cümhuriyyətçi Solu 13-14, Bask Milliyətçi Partiyası (PNV) 6, Kataloniya üçün Birlik 5, Eh Bildu 2, Navarra 2, Kompromis 1, Kanarya koalisiyası 1 və “Front Republica” 1 yer qazanıb.
Qeyd edək ki, seçkidə seçicilərin 60,75 faizinin səs verdiyi açıqlanıb. (qafqazinfo)
AzNews.az