Sumqayıtda piyadanı maşın vurdu

29 Aprel 2019 00:19 (UTC+04:00)

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Koroğlu prospekti, 29/26 (9 mkr ərazisi) ünvanında "Hyundai Sonata" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis və "təcili yardım" maşınları gəlib. Yaralının şəxsiyyəti dəqiqləşdirilir. (report)

AzNews.az