ABŞ-da növbəti atışma - Ölən və yaralananlar var

29 Aprel 2019 08:58 (UTC+04:00)

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində küçədə 7 nəfər güllənib.

AzNews.az xəbər verir ki, hadisə Perkins meydanında yerləşən baptist kilsəsi yaxınlığında baş verib.

Baltimor polisinin sözçüsü Çakia Fennoy verdiyi açıqlamada yerli saatla 17:00-da (01:00) şəhərin qərb hissəsində silahlı hücum edildiyi barədə xəbər aldıqlarını deyib.

Hücum zamanı 1 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığını bildirən Fennoy yaralıların vəziyyəti və hücumun səbəbi barədə ətraflı məlumat verməyib.

Yerli mediadakı xəbərlərə görə hücumun küçədə barbekü etmək üçün yığışan bir qrupu hədəf aldığı qeyd edilib.

Pərvanə Ağazadə

AzNews.az