Sükan arxasında yatan sürücü avtobusu aşırdı - 11 nəfər öldü

29 Aprel 2019 09:10 (UTC+04:00)

Meksikada avtobusun aşması nəticəsində üçü uşaq olmaqla, 11 nəfər həyatını itirib.

TASS xəbər verir ki, bu barədə bazar günü "Reuters" məlumat yayıb.

Qəza bazar günü səhər saatlarında 40 nəfər daşıyan avtobus Mexikodan ölkənin şimalında yerləşən Torreon şəhərinə gedərkən baş verib.

İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında yatıb və nəticədə idarəetməni itirib ki, bu da nəqliyyat vasitəsinin aşmasına səbəb olub.(report.az)

AzNews.az