Səhiyyə Nazirliyinin nümayəndələri vətəndaşları qəbul edəcəklər

29 Aprel 2019 09:37 (UTC+04:00)

Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.

Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.

AzNews.az