Hülya Avşarın tennis paltarı qalmaqala səbəb oldu

29 Aprel 2019 10:06 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Hülya Avşar bu dəfə də paltarı ilə gündəmi zəbt edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tennisi çox sevdiyini tez-tez dilə gətirən Hülya Avşar yenə də qalmaqal yaradan hərəkətə imza atıb.

Aktrisa oynadığı tennis matçını sosial şəbəkə profilində canlı yayımla paylaşıb. Aktrisanın geyindiyi qara tennis paltarı müzakirələrə səbəb olub.

İzləyicilərin bəziləri Hülya Avşarın geyiminin ona yaraşmadığını bildirib.

Nigar CƏFƏR

AzNews.az