Roza İlhamə xanımın ayaqqabısını belə geyinə bilməz - Günel həmkarına söz atdı

29 Aprel 2019 10:12 (UTC+04:00)

Müğənni Günel Ələkbərova ilə həmkarı Roza Zərgərli arasında qalmaqal baş verib.

AzNews.az xəbər verir ki, Roza Zərgərlinin mərhum xalq artisti İlhamə Quliyevanın taxtına göz tikməsi Günel Ələkbərovanı özündən çıxarıb.

O, “ATV maqazin onlarla” verilişində həmkarının ünvanına bu sözləri deyib:

“Roza İlhamə xanımın ayaqqabısını belə geyinə bilməz. Geyinsən də onun kimi hərəkət edə bilməzsən. Heç kim heç kimin taxtında otura bilməz. Roza İlhamə xanımın sağlığında ona desəydi, onu şaqqalayardı. İlhamə xanıma qorxa-qorxa salam verənlər, çəkinənlər, əlini öpənlər indi at oynadırlar.

Canım, sən artıq gecikmisən, o stul artıq o biri tərəfdədir”.

Rəqsanə

AzNews.az