Əməkdar artistə ağır itki

29 Aprel 2019 10:16 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyevə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, aktyorun atası Məcid Vəliyev dünyasını dəyişib.

Teatrın truppa müdiri Ələsgər Məmmədov məlumatı təsdiqləyib. O bildirib ki, aktyorun atası uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bahar RÜSTƏMLİ

AzNews.az