Ayrılıqdan qazanan Serenay Sarıkaya oldu

29 Aprel 2019 12:05 (UTC+04:00)

2015-ci ildən indiyə kimi münasibətdə olan məşhur türk aktrisası Serenay Sarıkaya ilə aktyor Kerem Bürsin ayrılmaq qərarına gəliblər.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ayrılıq xəbərləri şou gündəminə bomba kimi düşərkən iki tərəf də səssizliyini qoruyub.

Amma ayrılıqdan sonra sosial mediada qazanan Serenay Sarıkaya olub.

Belə ki, onun 7.6 milyon izləyicisi bir gündə 200 min artaraq 7.8 milyon olub. Bürsinin isə 2.1 milyon izləyicisi 2 milyona düşüb.

Səidə Vahid

AzNews.az