Əməkdar artistə bahalı saatı kim hədiyyə edib? - Açıqlama

29 Aprel 2019 14:04 (UTC+04:00)

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanovun ad günüdür.

Aktyor ad günü ilə bağlı təəssüratını AzNews.az-la bölüşüb. O, bu əlamətdar hadisəni “Xəzər” televiziyasında qeyd edəcəyini deyib:

“İki verilişdə olacam. İlk öncə “Səni axtarıram”da ekspert kimi çıxış edəcəm. Sonra isə Zaurun “5/5”-də canlı qonaq olacam. Zaur verilişini mənə həsr edib, milyonların qarşısında ad günümü keçirəcəm”.

Rəhman Rəhmanov çoxsaylı təbrik aldığını bildirib: “İlk təbrik həyat yoldaşımla qızımdan gəlib. Sağ olsunlar, hamıya təşəkkür edirəm. Hədiyyələr də var. Bir gün öncə ailəvi dostum Heydər Anatolu ilə birgə qeyd etdik. Mənə bahalı saat hədiyyə etdi”.

Bahar RÜSTƏMLİ

AzNews.az