Fransa sahillərində gəmi yandı

29 Aprel 2019 13:04 (UTC+04:00)

Fransa sahillərində sərnişin gəmisində yanğın baş verib.

Yanğın səhər saatlarında Böyük Britaniyanın Plimut şəhərindən İspaniyanın Santander şəhərinə hərəkət edən gəminin kabinəsində başlayıb.

Hadisə zamanı gəmidə 908 nəfər, o cümlədən 142 heyət üzvü olub.

Gəmidə yanğının qarşısı qısa zamanda alınıb. Təxliyyə üçün helikopter və xilasetmə qayıqları hazır vəziyyətə gətirilsə də, təxliyyəyə ehtiyac qalmayıb.(trend.az)

AzNews.az