Məşhur azərbaycanlı qadının xarici kəşfiyyat orqanının əməkdaşı ilə intim yazışması - VİDEO

29 Aprel 2019 13:09 (UTC+04:00)

"Məşhur Azərbaycan qadınının xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini sübut edən faktlara malik olduğumuzu elan etmişdim. Bir daha deməyi lazım bilirəm"

Bu fikirləri tanınmış telejurnalist Mirşahin Real TV-də özünün apardığı "Mir Şahinin vaxtı" verilişində səsləndirib.

"O xanımın potensial qardaşları və ehtimali kişi dostları üçün altını qıpqırmızı xətlə cızıram: Yataq Söhbəti mənə maraqlı deyil. Amma baxır sən o yatağa kimi verirsən, nəyi verirsən və hansı qiymətə verirsən. Zəruri qeyd: O qadının hansı məzhəbə qulluq etdiyi hələ ki mənə tam məlum deyil. Çünki əvvəl elə başa düşürdüm ki, adam yataqda konkret bir dövlətə xüsusi xidmət göstərir. Amma araşdırmalarım məni ən azı çaşdırıb, ən çoxu isə deyə bilirəm ki, qızın dəqiq iki, bəlkə üç adaxlısı var. Tarix nəinki 2, hətta 3 ayrı-ayrı dövlətin agenti olan belə şəxsləri tanıyır. Bizim qəhrəmanımızın 3 dildə sərbəst danışması da ona tam belə imkan verir. Özü də zəif iradəsi, dayanıqsız vətəndaşlığı onu rahat 3 telli durnaya çevirə bilərdi. Hər halda araşdırılması vacib məsələdir. Xülasə: xüsusi xidmət və məhəbbət üçbucağı. Allah rəhmət eləsin sənə arxa qapını düşünən memar. İndi isə bizim hörmətli, məhəbbətli, Əli Kərimli demişkən uca, Cəmil Həsənli demişkən sevgili obyektimizin şanlı məktublarından bir neçə sətir. Bu sətirləri yalnız ona görə sitat gətirirəm ki, adamın bu qədər yaxın olduğu birinə hər bir sirrini, hətta dövlət sirrini verə bildiyinə qətiyyən şübhəniz olmasın. Ona da şübhəniz olmasın ki, məktubların hamısı oriqinaldır. İngiliscəsi də var. Sadəcə anlaşılsın deyə tərcüməni təqdim edirəm. Çalışmışıq ki, müəlliflərin dilini, istiliyini, məhrəmliyini orijinala mümkün qədər yaxın saxlayaq. Beləliklə, başlayaq". Mirşahin belə deyib.

AzNews.az