İndoneziyada daşqınlar 29 can aldı

29 Aprel 2019 13:40 (UTC+04:00)

İndoneziyanın Benkulu və Cakarta əyalətlərində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb, daha 13 nəfərin itkin düşdüyü bildirilir.

Bu barədə Antara agentliyi aprelin 29-da Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinə istinadla məlumat yayıb.

Aprelin 26-da baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində 10 nəfərin həlak olduğu bildirilmişdi.

Agentliyin məlumatına əsasən, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.(AZƏRTAC)

AzNews.az