Xalq artisti Səməd Səmədov müğənni Əli Mirəliyevin ona nifrət etməsinin səbəbini açıqlayıb.
AzNews.az-ın məlumatına görə, "Söhbət var" proqramına qonaq olan müğənni bildirib ki, buna səbəb "Bu qızların telinə bax" mahnısı olub:
"Eldar Mansurov mahnını Əli Mirəliyev üçün yazıb, amma sonra mənə verib. Bir gün Əli Mirəliyev televizor qarşısında oturub ki, indi onun "Bu qızların telinə baxın" ifasını səsləndirəcəklər. Amma baxıb ki, o mahnını Səməd oxuyur. Zəng vurub Eldar Mansurova, o da qayıdıb ki, Səməd səndən yaxşı oxudu. Həmin vaxtdan Əli məndən küşüb".
Səməd Mirəliyevin musiqi ansamblında oxuyan olmasından söz açıb:
"İllərdir toya gedirəm, çünki musiqiçilərə yaxşı pul verirəm. Əliaçıq adamam. Əli də o vaxtlar musiqiçilərə yaxşı maaş versəydi, indi məşhur olardı".
Aynur
AzNews.az