Kamal Kılıçdaroğluna görə işdən qovulan aparıcı iş adamının sevgilisi çıxdı

29 Aprel 2019 16:12 (UTC+04:00)

Türkiyənin “Kanal D” televiziyasından işdən çıxarılan xəbər aparıcısı Buket Aydın yenidən gündəmi zəbt edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buket Aydının “Demirören Holding”in rəhbəri Yıldırım Demirören ilə sevgili olması iddia edilib.

Qeyd edək ki, aparıcının kanaldan çıxarılmasına səbəb Buket Aydının CHP sədri Kamal Kılıçdaroğlunun seçkidən əvvəl "İstanbul, Ankara, İzmiri qazanacağıq" sözünə qəhqəhə ilə reaksiya verməsi olub.

Rəqsanə

AzNews.az