Bakıda soyunaraq eyvana çıxan turist "Formula 1"-i çılpaq izlədi - VİDEO

29 Aprel 2019 16:06 (UTC+04:00)

Bakıda turist çılpaq vəziyyətdə eyvana çıxaraq “Formula-1” Qran-Prisini izləyib.

AzNews.az xəbər verir ki, turist çılpaq halda paytaxtın Neftçilər prospektində yerləşən binanın eyvanından yarışları izləyib. Spirtli içki içərək “Formula-1” Qran-Prisini izləyən turistin bu hərəkətini ətrafdakı insanlar mobil telefonla çəkməyə başlayıblar.

Sözügedən görüntülər sosial mediada birmənalı qarşılanmayıb. Video izləyicilərin sərt tənqidi ilə üzləşib.

Aynur

AzNews.az