“Neftçi” 600-cü dəfə məyus oldu

29 Aprel 2019 17:11 (UTC+04:00)

PFL-in verdiyi məlumata görə, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan paytaxt klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.

1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola məyus olub.

Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü isə neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.

AzNews.az