Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq

29 Aprel 2019 18:08 (UTC+04:00)

Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq.

Bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı,Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək. (report)

AzNews.az