UEFA Türkiyədə ölən futbolçuya görə başsağlığı verdi

29 Aprel 2019 19:24 (UTC+04:00)

UEFA "Alanyaspor" komandasının futbolçusu Yosef Şuralın ölümü ilə bağlı ailəsinə və dostlarına başsağlığı verib.

Qurum bu barədə rəsmi "Twitter" hesabı vasitəsilə bildirib. UEFA çexiyalı hücumçunun ölümünü dəhşətli faciə adlandırıb.

Qeyd edək ki, "Alanyaspor"un avtobusu "Kayserispor"la XXX tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib. Daha 6 futbolçu da hadisə nəticəsində yaralanıb.

AzNews.az