"Yuventus"un futbolçusu əməliyyat olundu

29 Aprel 2019 20:31 (UTC+04:00)

İtaliya təmsilçisi "Yuventus"un futbolçusu Sami Xedira sağ dizindən əməliyyat olunub.

Almaniyada baş tutan əməliyyat uğurlu keçib. 32 yaşlı yarımmüdafiəçinin tezliklə bərpa prosesinə başlayacağı bildirilib.

Qeyd edək ki, Sami Xedira bu mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib və 2 qol vurub.

AzNews.az