Qazaxda yol qəzası: xəsarət alanlar var

29 Aprel 2019 22:13 (UTC+04:00)

Qazax rayonunda avtomobil qəzası baş verib.

Hadisə Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri - 1984-cü il təvəllüdlü İlqar Adıgözəl oğlu Əhədov xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada xəsarət alan digər şəxsə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az