Şimali Koreya XİN-in nümayəndələri Azərbaycana səfər edəcək

29 Aprel 2019 22:26 (UTC+04:00)

Şimali Koreya xarici işlər nazirinin müavini Pak Myong Qukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfər Qoşulmama Hərəkatına üzv ölkələri ziyarət çərçivəsində baş tutacaq.

Nazirliyin nümayəndələri həmçinin Monqolustan, İran və Suriyaya da səfər edəcəklər. (ona.az)

AzNews.az