Zabratda piyadanı maşın vurdu

29 Aprel 2019 22:38 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Niva"markalı avtomobil 1993-cü il təvəllüdlü Səlbi Niftəliyevi vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. (report)

AzNews.az