Çin millisinin baş məşqçisi Fabio Kannavaro istefa verdi

30 Aprel 2019 09:08 (UTC+04:00)

Çin millisinin baş məşqçisi Fabio Kannavaro istefa verib.

Bu barədə italiyalı mütəxəssis şəxsi “İnstagram” səhifəsində yazıb. O, gedişinin səbəbini belə izah edib: “Quançjou Everqrand" klubuna və Çin Futbol Federasiyasına təşəkkür edirəm. Onlar iki böyük komandanı eyni anda mənə həvalə ediblər. Ancaq iki yerdə birdən çalışmaq çox vaxt alır və ailəmə vaxt ayıra bilmirəm”.

Qeyd edək ki, Kannavaronun Çin millisindəki işi cəmi bir ay çəkib. Bu müddətdə yığma komanda Tailand və Özbəkistana məğlub olub.(AZƏRTAC)

AzNews.az