Çoban göbələkdən zəhərlənərək öldü

30 Aprel 2019 09:38 (UTC+04:00)

Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.

Hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.

Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb.

Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

AzNews.az