İstanbulda təhlükəsizlik tədbirləri gücləndirildi

30 Aprel 2019 12:15 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində 1 May mitinqləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

Mitinqlərin İstanbulun Bakırköy və Maltepe rayonlarında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2010-cu ildə Türkiyə hökuməti İstanbulun Taksim meydanında 1 May mitinqlərinin keçirilməsinə icazə versə də, 2013-cü ildə yenidən qadağan etmişdi.(trend.az)

AzNews.az