ABŞ-da nazir müavini istefa verdi

30 Aprel 2019 12:54 (UTC+04:00)

Donald Trampla yaxşı münasibətləri olan və Rusiya istintaqını aparan ABŞ-ın Ədliyyə nazirinin müavini Rod Rosenstein istefa verib.

AzNews.az xəbər verir ki, Rosenstein istefa məktubunu ABŞ prezidenti Donald Trampa təqdim edib.

O, məktubunda Trampı tərifləyib:

“Mənə xidmət etmək fürsəti verdiyiniz üçün, şəxsi söhbətlərimizdə göstərdiyiniz nəzakət və mizah, vəzifəyə gələndə müəyyənləşdirdiyiniz hədəflər üçün vətənsevərlik, birlik, təhlükəsizlik, təhsil və rifah üçün minnətdaram”.

Uzun illər federal prokuror olan Rosensteinin ABŞ-ın Ədliyyə naziri Vilyam Barrın gəlişi ilə vəzifədən gedəcəyi bildirilirdi. Barr isə ondan Rusiya istintaqı tamamlanana qədər vəzifədə qalmasını istəyib.

Pərvanə Ağazadə

AzNews.az