İki qadın senvdviçə görə dalaşdı

30 Aprel 2019 14:04 (UTC+04:00)

Şotlandiyanın Coatbridge şəhərində iki qadın sendviçə görə dalaşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə sıranın önündə duran qadının piştaxtadakı son sendviçi alması olub.

Sıranın sonunda dayanan qadın buna əsəbiləşərək onu vurub və nəticədə qarşıdurma yaşanıb.

Restoran işçiləri qadınları ayırmağa çalışsalar da buna nail ola bilməyiblər.

Dava restorandakı digər müştərilər tərəfindən çəkilib.

Nigar CƏFƏR

AzNews.az