Alsu qalmaqaldan sonra Lavrovla görüşdü - FOTOLAR

30 Aprel 2019 14:47 (UTC+04:00)

Rusiyanın məşhur müğənnisi Alsu böyük qızı Mikellanın “Səs uşaqlar” müsabiqəsində qalmaqallı qalibiyyətindən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Sənətçi Rusiyanın YUNESKO üzrə komissiyasının növbəti iclasına qatılıb.

O, tədbirdə Xarici işlər naziri Serqey Lavrovla bir araya gəlib.

Onların fotolarını isə Əməkdar artist Zara instaqram səhifəsində paylaşıb.(qafqazinfo.az)

AzNews.az