MTRŞ-da yeni vəzifə yaradılır

30 Aprel 2019 15:04 (UTC+04:00)

Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.

Bunu şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.

Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.(report.az)

AzNews.az