Özəl günlərini gecəsi 2 minlik oteldə qeyd etdilər

30 Aprel 2019 16:07 (UTC+04:00)

Türkiyəli məşhur Siren Ertan ilə iş adamı Ersin Kayalar 2016-cı ilin yanvar ayında sevgili olmağa başlayıb.

Ötən ilin 28 aprelində isə Türkiyənin Bodrum şəhərində toy ediblər.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük münasibətlərinin 3-cü ilini Fransa Courcheveldə keçirmişdi.

Evliliklərinin birinci ildönümü üçün də İtalyanı seçdilər. Dünya varlılarının adresi olan Como gölünə gediblər.

Siren Ertan ilə Ersin Kayalar 16-cı yüzillikdən qalma “Villa d'Este”də qalıblar. Oteldə bir nəfərin tək gecə qalmasının qiyməti 2 min lirədən başlayır.

Səidə Vahid

AzNews.az