78 yaşlı sürücüdən şok addım - 9 nəfər yaralandı

30 Aprel 2019 15:39 (UTC+04:00)

Hamburqda avtomobilin ticarət mərkəzinin binasına daxil olması nəticəsində azı 9 nəfər, o cümlədən, sürücü yaralanıb.

Bu haqda “Hamburger Morgenpost” qəzeti məlumat yayıb.

İnsidentdən sonra kompleksdə təxliyyə işləri aparılıb, hadisə yerinə polis və xilasedicilər gəlib.

Qəzetin yazdığına görə hadisə “Galeria Kaufhof”un Popenbüttel rayonundakı filialında baş verib. Avtomobil dayanacaqdan çıxaraq gözlənilmədən ticarət mərkəzinin qalereyasına doğru şütüyüb. Bəzi məlumatlara görə, sükan arxasında 78 yaşlı kişi olub.

Hadisənin təfsilatları araşdırılır.(oxu.az)

AzNews.az