Bu yolda xətlənmə işi gedir

30 Aprel 2019 17:00 (UTC+04:00)

Bakı şəhəri, Heydər Əliyev prospekti, Böyük Şor yol qovşağından Yusif Səfərov küçəsinin kəsişməsinə qədər olan hissədə üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

AzNews.az