Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşdi

30 Aprel 2019 20:34 (UTC+04:00)

Türkiyənin "Malatyaspor" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Kollektiv Ali Ravcıya həvalə olunub.

46 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu postda Erol Bulutu əvəzləyib.

Qeyd edək ki, "Malatyaspor" 30 turdan sonra Türkiyə Super Liqasında 41 xalla 7-ci pillədə qərarlaşıb.

AzNews.az