Kürdəmirdə yol qəzası: xəsarət alan var

30 Aprel 2019 22:11 (UTC+04:00)

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Topalhəsənli kənd sakini Ağayev Əflatun Oruc oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili "KamAz" markalı yük maşını ilə toqquşub. Nəticədə Ə.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az