Anar Mədətovun oğlu danışdı: "Zamanla hər şeyi görəcəksiniz"

30 Aprel 2019 21:58 (UTC+04:00)

Prodüser Anar Mədətovun vizajist Samirə adlı xanımla evlənmə ərəfəsində olması oğlu Mahir Mədətovu özündən çıxarıb. O İnstagramda atasının soyadından imtina edib.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən "Qarabağ" futbol komandasının üzvü Mahir Mədətov bu sözləri deyib: "Bu haqda danışmaq istəmirəm. Zamanla hər şeyi görəcəksiniz".

Qeyd edək ki, Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. O, Samirə adlı vizajist xanımla evlənməyə hazırlaşır.

Rəqsanə

AzNews.az