Ərdoğan dünya ulduzu ilə görüşdü

1 May 2019 12:00 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan dünya ulduzunun İstanbuldakı otellərin birində qaldığını öyrənərək ona görüş təyin ediblər.

Türkiyə prezidenti Della Milesi müsəlman olduğu üçün təbrik edib.

Della Miles isə Rəcəb Tayyib Ərdoğan haqqında bu sözləri deyib: "Bu gün bir dünya lideri ilə tanış oldum. Türkiyə prezidentinin əlini sıxdığım və onun həyat yoldaşı gözəl, istiqanlı birinci xanımı ilə qucaqlaşdığım üçün çox həyəcanlıyam”.

Rəqsanə
AzNews.az