Gənc oğlanla eşq yaşayan prodüser Mədinənin fotosu yayıldı - VİDEO

1 May 2019 12:08 (UTC+04:00)

Prodüser Mədinə Malik 20 yaşlı oğlanla eşq yaşaması xəbərlərindən danışıb.

AzNews.az xəbər verir ki, ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində müğəninin gənc oğlanla birlikdə səmimi fotosu göstərilib. Mədinə fotodakı oğlandan stimul aldığını bildirib:

"Cavan oğlanla gua eşq yaşayıram söhbətiylə məni şoka saldınız. Hər bir xanım sevilməyə layiqdir. Bəy də yaxşı xanımın yanında olmağa layiqdir. Bəyin başını aşağı salanda, yuxarı edən də xanımdır. Bu şəkili sizə kim göndərib? Bu kimi qıcıqlandırır axı. Əmrahdan mən çox stimul alıram. Qoy qısqananlar çatlasın", - deyə Mədinə fotonu şərh edib.

Aynur
AzNews.az