Millət vəkilləri və jurnalistlər Ankarada

30 Aprel 2013 14:02 (UTC+04:00)
Şuşa şəhərinin işğalının 21-ci ildönümü münasibəti ilə millət vəkilləri və jurnalistlərdən ibarət nümayəndə heyəti Ankaradadır.

QHT-lərə Dövlət Dəstəyi Şurası sədri Azay Quliyev ilə Parlament Jurnalistlər Birliyinin üzvləri səfər çərçivəsində bu gün Medya İşçileri Sendikasında (Medya-İş) olub.

Medya-İş Gənəl Başkanı Gürsel Eser Şuşa şəhərinin 21 ildir işğal altında olmasının qəbuledilməz olduğunu deyib. Bir çox tanınmış şair və bəstəkarın vətəni olan Şuşanın geri qaytarılmasının vacibliyini vurğulayan Eser "Şuşa, Azərbaycanın mədəniyyət şəhəridir və azərbaycanlıların ən qısa zamanda oraya yerləşməsini arzu edirik " deyib.

Millət vəkili Azay Quliyev də Şuşanın sadəcə Yuxarı Qarabağın deyil, bütün Azərbaycanın gözbəbəyi olduğunu dilə gətirib: "Şuşa 21 il əvvəl mayın 8-də Ermənistan tərəfindən işğal edilib. Biz, 21 ildir ki, Şuşasız yaşayırıq. Şuşa, sadəcə bir şəhər, bir kültür mərkəzi ve mədəniyyət beşiyi deyil. Şusa, bizim üçün siyasi bir anlam daşıyır. Çünki Dağlıq Qarabağın ən önəmli şəhəri olan Şuşada Azərbaycan türkləri yaşayıb, dövlət, kültür ve siyasət adamları yetiştirb".
Azay Quliyev ötən il start verdikləri "Şuşaya azadlıq" kampanyası Türkiyə ictimaiyyətindən və mətbuatından dəstək gözlədiklərini də vurğulayıb.

Ruhiyyə
AzNews.az