Putin onlar üçün Rusiya vətəndaşlığını almaq prosedurunu sadələşdirdi

1 May 2019 16:05 (UTC+04:00)

Rusiya prezidenti Vladimri Putin xüsusi kateqoriyalı Ukrayna vətəndaşları üçün Rusiya Federasiyasının vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanunu imzalayıb.

Bu barədə məlumat rəsmi hüquq-informasiya portalında yerləşdirilib.

Prezidentin sərəncamında başqa bir dövlətin vətəndaşlığı olmayan Krım Respublikası və Sevastopol ərazisində doğulmuş və orada daimi yaşayan, 2014-ci il 18 marta tarixinə kimi həmin əraziləri tərk edən Ukrayna vətəndaşlarına Rusiya Federasiyasının vətəndaşlığının verilməsinin sadələşdirilməsi qeyd olunub.

Sərəncamda qeyd olunanların müvafiq kateqoriyadan olan Ukrayna vətəndaşlarının övladları, həyat yoldaşları və valideynlərinə də şamil olunduğu bildirilib.(ona.az)

AzNews.az