Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərim Novruzovun evində şadlıq olub.
Meyxanaçı oğlu Kamil Novruzova toy edib.
Kamil Novruzov AzNews.az-a açıqlamasında həmin gün həm də atasının 55 illik yubileyi olduğunu deyib:
“Toyumuz Məştağada şadlıq evində oldu. Çoxlu qonaqlarımız vardı. Hamısı da ürəklə çıxış etdilər. Atamın ən böyük arzusu mənim toyumu görmək idi. Şükürlər olsun ki, Allah bunu ona nəsib etdi. Həmin gün həm də atamın 55 illik yubileyi idi. İki şənliyi bir günə saldıq”.
Kamil Novruzov atasının vəziyyətinin yaxşı olduğunu və pis günlərin geridə qaldığını vurğulayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az