Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı - AYB-dən açıqlama

2 May 2019 15:44 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi bu yaxınlarda təşkilata ayrılan vəsaitdən bir neçə yazıçıya mükafat verib və təltif olunanların siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid məsələ ilə bağlı açıqlamasında bu fikirləri səsləndirib:

"Mükafatın əleyhinə yazılanları mən də oxudum. Gənclərin və başqa yazıçıların mükafat almağına sevinmək və təbrik etmək lazımdır. Şübhəsiz ki, orda mükafatlar pul deyil, eyni zamanda yaşlı yazıçıların gördüyü işlər, fəaliyyət nəzərə alınıb. Gənclər arasında da narazılıqlar var. Düşünmüşük ki, əsasən AYB-yə üzv olmayan, təqaüd almayan gənclərə verək. Elə indi Kamal Abdullanı təbrik etdim. Kamal müəllim məndən xahiş etdi, mən bunu Anar müəllimə də dedim. Kamal müəllim dedi ki, o pulu dörd gənc yazar arasında böləcəm. Mükafat ala bilməyənlər də, lazımsız söz-söhbət edənlər də narahat olmasınlar. O pulu bölüb gənclərə verəcəyik."(kulis.az)

AzNews.az