Şamaxıda piyadanı maşın vurdu

2 May 2019 21:10 (UTC+04:00)

Şamaxı rayonunda yeniyetməni avtomobil vurub.

2005-ci il təvəllüdlü Ruzi Həmidov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanı törədib hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az