Xalq artisti Brilliant Dadaşova həmkarlarından şikayət edib.
AzNews.az xəbər verir ki, o, İnstagram səhifəsində həmkarları haqda bu sözləri yazıb:
"Mikrofonumu heç bir müğənniyə vermirəm. Çünki qoxulara qarşı həssasam və allergiyam var. İndi bəzi şərhlərdən görürəm ki, bu, bəzi üçüncü “sort” müğənniləri kompleksə salırmış. Şərhləri kiməsə yazdırıb, mikrofondan bəhs edirlər".
Rəqsanə
AzNews.az