“Star Wars”un ulduz aktyoru həyatını itirdi

3 May 2019 10:45 (UTC+04:00)

“Star Wars” (Ulduz döyüşləri) adlı filmdə canlandırdığı Chewbacca obrazı ilə tanınan ABŞ-lı aktyor Peter Mayhew həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Star Wars" adlı filmlə tanınan ABŞ-lı aktyor Peter Mayhew vəfat edib.

Mayhew ölümü ilə “Star Wars” fanatlarını böyük üzüntüyə boğub.

Peter Mayhew “Star Wars”da aktyorluq etdiyi müddətdə üzü pərdədə, heç görünməmiş olsa da, filmin ən sevilən aktyorlarından biri olub.

Qeyd edək ki, aktyorun 74 yaşı var idi.

Səidə Vahid

AzNews.az