Gəlirlər pulla və başqa yollarla qızlarımızı yoldan çıxarırlar - Araz Əlizadə

3 May 2019 13:00 (UTC+04:00)

“Azərbaycanda seks turizmi inkişaf edir. Gəlirlər pulla və başqa yollarla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.

O xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi:

“Amma sonradan buna dəyişiklik etdilər. Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində girişi ayrı olan hostellər təşkil etməyə icazə verdilər. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.

Elgün

AzNews.az