İradə İbrahimovadan Anar Mədətova cavab: İnsan yoldan çıxanda xoşbəxt olmur - Qalmaqal

3 May 2019 16:26 (UTC+04:00)

Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın bacısı, stilist Nigar İbrahimova sosial şəbəkədə prodüser Anar Mədədovun keçmiş həyat yoldaşının tərəfini saxlayıb və Anarın əleyhinə fikirlər səsləndirib. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. O, İradə İbrahimovanı məşhur etdiyini dilə gətirib.

AzNews.az xəbər verir ki, İradə İbrahimovanın prodüserə cavabı çox gecikməyib.

O, Anar Mədədov haqda İnstagramda bu sözləri yazıb: “Bütün yollarınız yaxşı insanlarla kəsişsin! Damarınıza basanlar deyil, ürəyinizə ağır basanları dinləyin, yəni yükdə yüngül, qiymətdə ürəyi ağır olanları deyirəm. İnsan yoldan çıxanda xoşbəxt olmur. Daşları ətəyindən tökdüyündə rahatlayır, daşıdığında yox. Ən yumşaq yerim, ən sərt yerim oldu, amma şükür ki, vicdanım hələ də mənimlədir və gərəkdiyi yerdədir. Allah istəyərsə, olacaq. Bəs bu cəhalət, həzm edə bilməmək? Ondan böyük mənəm deyib, qismətə meydan oxuyan insanlar var. Qismət deyilən bir şey var, unudurlar. Daha bir şey var ki, unutduqları, qismət yazılmaz sadəcə yaşanır”.

Qeyd edək ki, prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb.

Bir neçə məşhur prodüserin həyat yoldaşına dəstək olub. Onların sırasında əməkdar artist Lalə Məmmədova da var.

Rəqsanə

AzNews.az