Obama “Quantanamo“nu bağlamaq istəyir

30 Aprel 2013 21:35 (UTC+04:00)


APA-nın verdiyi xəbərə görə, bu məsələdə o Konqresin dəstəyinə ümid etdiyini qeyd edib.

"Mən hələ 2008-ci ildə prezident seçilərkən Quantanamonun bağlamaq lazım olduğunu bildirmişdim. Mən yenə də belə hesab edirəm... Quantanamo həbsxanası ABŞ-ın təhlükəsizliyi üçün əhəmiyyət kəsb etmir və çox baha başa gəlir. Onu bağlamaq lazımdır", deyə Obama jurnalistlərə bildirib.

Qeyd edək ki, Konqresin mövqeyinə görə ABŞ Administrasiyasının Quantanamo həbsxanasını bağlamaq istiqamətində göstərdiyi səylər indiyədək heç bir nəticə verməyib.

Xatırladaq ki, qeyd olunan həbsxanada aclıq aksiyası keçirən məhbusların sayı 100 nəfəri keçib. Quantanamo həbsxanasında cəmi 166 məhbus saxlanılır.

Məhbuslar dustaqlıq müddətinin qeyri-müəyyənliyinin əleyhinə olaraq mart ayından aclıq aksiyası keçirməyə başlayıblar.

AzNews.az